satellite   Azerspace-1: 11135 H 30000

Çində gənə vasitəsilə ötürülən yeni virus aşkarlanıb

Çində gənə vasitəsilə ötürülən yeni virus aşkarlanıb

Bir qrup çinli alim gənə dişləməsi ilə ötürülən virusun yeni növünü - Asiya uzunayaqlı gənəsinin nayrovirusunu (ALTNV) aşkar ediblər.

NTV xəbər verir ki, tədqiqatın nəticələri "The New England Journal of Medicine" jurnalında dərc olunub.

ALTNV başqa bir xəstəliyin - trombositopenik sindromlu kəskin qızdırmanın (SFTS) öyrənilməsi zamanı aşkar edilib.

SFTS diaqnozu qoyulmuş pasiyentləri araşdırarkən alimlər xəstələrin 30 %-də xəstəliyin törədicisini - "Dabie bandavirus"unu aşkar edə bilməyiblər. Nəticədə SFTS təzahürlərinə bənzər simptomlar yaradan yeni virus aşkar edilib.

"Dabie bandavirus" kimi ALTNV də yoluxmuş gənənin dişləməsi vasitəsilə ötürülür. Dişləmədən sonra insanda zəiflik və həzm orqanlarının fəaliyyətində pozğunluqlar yaranır.

"Dabie bandavirus"dan fərqli olaraq ALTNV-yə yoluxmanın ölümlə nəticələndiyi hələ ki müəyyən edilməyib. Lakin hər iki virusa eyni vaxtda yoluxma zamanı 38 pasiyentdən 7-si vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

10:35 10.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM