satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsmail Uld Şeyx Əhmədi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

NTV xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı məktubunda Baş katibə qarşıdakı məsul fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Prezident İlham Əliyev Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi önəm verdiyini və əlaqələrimizin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

İsmail Uld Şeyx Əhmədin bu mötəbər təşkilata rəhbərliyinin İƏT-in qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə, İslam həmrəyliyinin güclənməsinə xidmət edəcəyinə inandığını bildirən Azərbaycan Prezidenti Baş katibə bir daha möhkəm cansağlığı, xoşbəxtlik, İslam dünyasının rifahı naminə şərəfli işində uğurlar arzulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

10:35 10.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM