satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib - FOTOLAR

Naxçıvanda “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NTV-yə verilən məlumata görə, Naxçıvan Regional DOST Mərkəzində “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təminat üçün göndərişlər verilib.

Həmin şəxslər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilib. 

Onlar abadlaşdırma, yaşıllaşdırma, parklara, ictimai yerlərə qulluq, sosial xidmətlərin göstərilməsi və s. işlərdə çalışacaqlar. 

DOST İş Mərkəzinin "İşsizin dostu" proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsinə, ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə, onların əmək bazarına çıxış imkanlarının artırılmasına xidmət edir.

Proqram çərçivəsində ödənişli ictimai işlərə cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır. Bu da onların gələcək əmək və sosial təminat hüquqlarının əsasını təşkil edir.

Naxçıvan Regional DOST Mərkəzində məşğulluq xidmətləri də daxil olmaqla sosial sahə üzrə 164 xidmət “bir pəncərə”dən təqdim olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

10:35 10.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM