satellite   Azerspace-1: 11135 H 30000

Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlanıb

Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlanıb

Bakının Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlanıb.

Bu barədə NTV-yə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V.Cəbrayılov saxlanılıb. Ondan ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM