satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 250 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb

Naxçıvanda 250 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb

Naxçıvanda dövlət qurumunun adından istifadə edərək 250 min manatdan çox vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxs yaxalanıb.

NTV xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldadan İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM