satellite   Azerspace-1: 11135 H 30000

Fransada qazın qiyməti oktyabrın 1-dən daha 6,3 faiz artacaq

Fransada qazın qiyməti oktyabrın 1-dən daha 6,3 faiz artacaq

Fransada təbii qazın istinad qiyməti oktyabrın 1-dən etibarən daha 6,3 faiz artacaq.

NTV xəbər verir ki, Enerjinin Tənzimlənməsi Komissiyasının (CRE) məlumatına görə, bahalaşma avqust ayında topdansatış təbii qaz bazarında qiymətlərin yüksəlməsi ilə bağlıdır.

Təbii qazın satış üzrə istinad qiyməti orta hesabla 182,88 avro/meqavat-saat təşkil edəcək. Bu tarif sentyabrın 1-də də 5,6 faiz artırılmışdı.

Ekspertlərin fikrincə, yeni bahalaşmanın əsas səbəblərindən biri Hörmüz boğazında qaz daşımalarının məhdudlaşdırılması və Yaxın Şərqdəki münaqişədir. Dünya mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının təxminən beşdəbirinin keçdiyi bu marşrutun bağlanması ölkələri alternativ təchizatçılara yönəlməyə məcbur edir.

Ailələr üçün aylıq enerji xərclərinin yenidən yüksəlməsi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM