Bu ilin yanvar-avqust aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 748,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,7 faiz çox xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, xidmətlərin 868 milyon manatını (31,6 faizini) mobil telefon rabitəsi, 455 milyon manatını (16,6 faizini) internet, 435 milyon manatını (15,8 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 318 milyon manatını (11,6 faizini) informasiya, 672,1 milyon manatını (24,4 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 39,4 faiz, internet xidmətləri 21,3 faiz, informasiya xidmətləri 13,4 faiz, mobil telefon rabitəsi xidmətləri 2,4 faiz, digər informasiya və rabitə xidmətləri 4,6 faiz artıb.
