Ölkə üzrə 125 dairə seçki komissiyasından cəmi 49-nun tərkibi dəyişdirilir.
NTV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bugünkü iclasında deyib.
Onun sözlərinə görə, tərkibi yenilənəcək dairə seçki komissiyalarına üzvlük üçün namizədliyi MSK-ya təqdim edilən 375 nəfərin siyahısı diqqətlə araşdırılıb:
"Çalışmışıq ki, layiqli şəxslərin namizədliyi irəli sürülsün. Qeyd edim ki, 125 dairə seçki komissiyasından cəmi 49-nun tərkibi dəyişdirilir".
