Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb.
NTV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
O bildirib ki, səsvermə keçirilərək 1125 komissiya üzvü təyin edilib:
"Onların hər birinə tələbimiz eyni olacaq. DSK üzvlərinin öz işinin öhdəsindən layiqincə gələcəyinə inanıram. Lakin keçmişdə bəzi DSK üzvləri etimadı doğrultmayıb".
Məzahir Pənahov qeyd edib ki, DSK-lar məntəqə seçki komissiyalarını formalaşdıracaqlar:
"Onların fəaliyyəti nəzarətimizdədir. İndiyədək təyin edilmiş üzvlərlə bağlı həmişə tələbkar olacağıq. Gəncləri DSK fəaliyyətinə cəlb etməyə çalışmışıq. Namizdəliyi irəli sürülən şəxslərin peşəkarlığı yoxlanılıb. DSK üzvlərindən 282 nəfər ali təhsillidir. Beş təqvim günü müddətində DSK-ların sədr və katibləri seçiləcək".
