Ombudsman Günay Rzayeva hərbi qulluqçularla görüşüb - FOTOLAR

Ombudsman Günay Rzayeva hərbi qulluqçularla görüşüb<font color=red> - FOTOLAR</font> Ombudsman Günay Rzayeva hərbi qulluqçularla görüşüb<font color=red> - FOTOLAR</font> Ombudsman Günay Rzayeva hərbi qulluqçularla görüşüb<font color=red> - FOTOLAR</font>

Muxtar respublikada hərbi qulluqçuların hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, fevralın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva tərəfindən preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissəyə başçəkmə həyata keçirilib.

Başçəkmə zamanı Ombudsman tərəfindən müəssisənin əsgər yataqxanasına, istirahət, məişət və sinif otaqlarına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, asudə vaxtın təşkili və tibbi-sosial xidmətin təmin olunması vəziyyəti öyrənilib.

Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə əsgər heyəti Ombudsman tərəfindən ümumi və fərdi şəkildə qəbul edilərək konfidensial qaydada dinlənilib.

Ümumi qaydada qəbul zamanı hərbi qulluqçuların hüquqlarının daha etibarlı və səmərəli müdafiəsi ilə bağlı tapşırıq və tövsiyələr verilib, hüquqi maarifləndirici söhbət aparılıb.  

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM