satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Kətə” festivalı keçiriləcək - VİDEO

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Kətə” festivalı aprelin 7-8-də “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunacaq.

Festivalda muxtar respublikanın rayonları və Naxçıvan şəhərindən 200-dən çox kətə ustası, o cümlədən təsərrüfat subyekti iştirak edəcək.

Həmçinin Naxçıvan mətbəxinin yaz fəslinə aid şomu, çiriş, gicitkən, qazayağı, quzuqulağı, göbələk və digər müalicəvi bitkilərdən hazırlanan yeməklər bişiriləcək. Musiqi və incəsənət ustalarının çıxışları olacaq.  

Qaliblərə "Ən dadlı kətə" nominasiyası üzrə diplomlar təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM