satellite   Azerspace-1: 11135 H 30000

FHN adından sosial şəbəkələrdə yayılan “məktub” saxtadır

FHN adından sosial şəbəkələrdə yayılan “məktub” saxtadır

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli “məktub”un şəkli yayılıb.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, qeyd olunan “məktub” saxtadır və həqiqəti əks etdirmir.

“Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq”, - məlumatda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM