satellite   Azerspace-1: 11135 H 30000

İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib - FOTOLAR

İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib<font color=red> - FOTOLAR</font> İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib<font color=red> - FOTOLAR</font>

İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, Agentlik əməkdaşları fiziki şəxs Tağıyev Əhməd Şəmistan oğlunun İrandan idxal etdiyi ərzaqlıq kartof məhsulundan nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində idxal edilmiş 23 700 kq ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən fitopatogen bakteriyalar - kartofun qonur çürüməsi (ralstonia solanacearum) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sınaq nəticəsi uyğunsuz çıxmış ərzaqlıq kartof məhsulunun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. İstehlaka yararsız məhsul tullantılar üçün nəzərdə tutulmuş xüsusi poliqonda məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM