satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin Aparatında hüquqşünas ixtisası üzrə keçiriləcək müsabiqənin tarixi açıqlanıb

Milli Məclisin Aparatında hüquqşünas ixtisası üzrə keçiriləcək müsabiqənin tarixi açıqlanıb

Məlum olduğu kimi, 2023-cü il fevralın 4-də Azərbaycan Respublikası Milli Məclisinin Aparatında hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqənin yazılı imtahan mərhələsi cari il aprelin 29-da Milli Məclisin inzibati binasında keçiriləcək. İmtahana yalnız hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada təqdim etmiş vətəndaşlar şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar. İmtahan verəcək şəxslər aprelin 29-da saat 10:00-dan gec olmayaraq Milli Məclisin inzibati binasına gəlməlidirlər.

İmtahan zamanı mobil telefondan və digər elektron cihazlardan istifadə etmək qadağandır. Namizədlərə özləri ilə telefon və digər elektron cihazları gətirmək tövsiyə olunmur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM