Ordubad rayonunun Dəstə kəndində şəhidlərin xatirəsinə park salınıb və bulaq-abidə tikilərək istifadəyə verilib.
Kənd sakinlərinin təşəbbüsü ilə Dəstə kəndində geniş bir ərazidə şəhidlər parkı salınıb, yüzlərlə ağac əkilib. Parkın ərazisində rayon şəhidlərinin xatirə lövhələri vurulub və bulaq-abidə ucaldılıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
