satellite   Azerspace-1: 11135 H 30000

Şərurda çağırışçılar hərbi xidmətə yola salınıb - FOTOLAR

Şərurda çağırışçılar hərbi xidmətə yola salınıb<font color=red> - FOTOLAR</font> Şərurda çağırışçılar hərbi xidmətə yola salınıb<font color=red> - FOTOLAR</font> Şərurda çağırışçılar hərbi xidmətə yola salınıb<font color=red> - FOTOLAR</font> Şərurda çağırışçılar hərbi xidmətə yola salınıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda çağırışçıların hərbi xidmətə yola salınması münasibətilə tədbir  keçirilib.

Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə qeyd olunub ki, Vətənə xidmət etmək həm məsuliyyətli, həm də müqəddəs və şərəfli vəzifədir. Bu gün silahlı qüvvələrimizin istər döyüş hazırlığı, istər silah, sursat və texniki təminatı, istərsə də zabit və əsgərlərimizin yüksək peşəkarlığı istiqamətində qətiyyətli işlər görülür, bütün hərbi hissələrdə infrastruktur yenilənir, maddi-texniki baza təkmilləşdirilir.

Çıxış edənlər vətəni müdafiə etmək kimi şərəfli işdə gənclərimizə qətiyyət, mətanət, dözüm və möhkəm can sağlığı arzulayıblar.

Çağırışçılar adından çıxış edən Sirac Mahmudov Vətən torpaqlarının keşiyində mətin dayanacaqlarına, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz verib.

Qeyd edək ki, çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması aprelin 30-dək davam edəcək.

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM