satellite   Azerspace-1: 11135 H 30000

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur <font color='red'> -  FAKTİKİ HAVA</font>

Noyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

NTV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki, Oğuzda yağış, Şahdağda isə arabir qar yağır. Bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Gəncə və Tovuzda 24, Zəngilanda 23, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Zaqatala, Daşkəsən, Lerik və Naftalanda 18, Sabirabad və Kəlbəcərdə 17, Tərtər, Şəmkir və Gədəbəydə 16, Şəkidə 15 m/s-dək güclənir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM