satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda şəhidin qarşılanma mərasimi keçirilib - YENİLƏNİB-2 - FOTOLAR

Naxçıvanda şəhidin qarşılanma mərasimi keçirilib<font color='red'> - YENİLƏNİB-2</font><font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhidin qarşılanma mərasimi keçirilib<font color='red'> - YENİLƏNİB-2</font><font color=red> - FOTOLAR</font>

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən 3 hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də Naxçıvandan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Səbuhi Gündüz oğludur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, aprelin 12-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin əməkdaşları və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Səlahiyyətli nümayəndə və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.

Şəhidin cənazəsi Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb.

Səlahiyyətli nümayəndə şəhidin ailə üzvləri ilə görüşərək başsağlığı verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM