satellite   Azerspace-1: 11135 H 30000

Güclü külək əsəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, intensiv yağış yağacaq<font color='red'> - XƏBƏRDARLIQ</font>

Bakıda və Abşeron yarımadasında aprelin 13-də axşam şimal-qərb küləyinin 15-20 m/s, 14-də gün ərzində isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Aprelin 12-si axşam qərb rayonlarından başlayaraq 14-ü gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM