satellite   Azerspace-1: 11135 H 30000

Şəhid Səbuhi Tağıyevlə vida mərasimi keçirilib - VİDEO

Ötən gün Ermənistan Silahlı Qüvvələri bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan Tağıyev Səbuhi Gündüz oğlu Şahbuz rayonunun Badamlı qəsəbəsində son mənzilə yola salınıb.

Şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanından ailəsinin yaşadığı Şahbuz rayonunun Badamlı qəsəbəsinə gətirilib. Şəhid Səbuhi Tağıyevin cənazəsi izdihamla qarşılanıb, Badamlı qəsəbə qəbiristanlığında son mənzilə yola salınıb. Şəhidimizin dəfnində dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Ali Məclisinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimində cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Mərasimdə şəhidimizin atası Gündüz Tağıyev və digər çıxış edənlər bildiriblər ki, Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi daim yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik nümunəsi gənc nəsil üçün nümunədir.

Sonra üçrəngli Azərbaycan bayrağı şəhidimizin atasına təqdim edilib, yaylım atəşi açılıb.

Azərbaycan xalqı yenilməz və mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının qəhrəmanlıqları ilə bir daha təsdiqlədi. Xalqımız Səbuhi kimi qəhrəmanları həmişə qəlbində yaşadır və yaşadacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin!

                                                                              Mahmud Hüseynov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM