satellite   Azerspace-1: 11135 H 30000

Hamiləlik dövründə qəbul edilən bəzi dərmanlar körpələrdə anemik problemlərə səbəb olur

Hamiləlik dövründə qəbul edilən bəzi dərmanlar körpələrdə anemik problemlərə səbəb olur

Uşaqlar 6 ayından sonrakı dövrdə də ana südü ilə qidalanırsa və ya verilən əlavə qidaların içərisində dəmirin miqdarı azdırsa, onlarda dəmir defisiti anemiyaları yarana bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı nazirliyin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.

Pediatrın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 5 yaşına qədər olan uşaqların 45 faizində dəmir defisiti ilə əlaqədar anemiyalara rast gəlindiyini qeyd edib.

Dəri və selikli qişaların hamarlaşması qanazlığının əsas əlamətidir. Hamiləlik dövründə keçirilən müəyyən xəstəliklər, qəbul edilən dərmanlar uşaqlarda anemik problemlərə səbəb olur. Qanın ümumi analizi hemoqlobin və eritrositlərin miqdarına uyğun olaraq qanazlığını müəyyən edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM