satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Naxçıvanda tanışını  öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Naxçıvanda tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbə sakini 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin cari il yanvarın 6-da öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Baş Prokurorluqdan məlumat verilib.

İbtidai istintaqla 2005-ci il təvəllüdlü Rəhman Süleymanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Tuncay Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəhman Süleymanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM