satellite   Azerspace-1: 11135 H 30000

Ədliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib - FOTOLAR

 Ədliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib<font color=red> - FOTOLAR</font>  Ədliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib<font color=red> - FOTOLAR</font>  Ədliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, kollektiv əvvəlcə ulu öndərin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Məlumat verilib ki, muzeydə bütün həyatını ölkənin gələcək inkişafına, xalqın rifahına həsr edən dahi şəxsiyyətin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Muzeyin fondunda görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 5 mindən çox eksponat qorunur. 

Kollektiv ulu öndərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə edib.

Sonda xatirə şəkli çəkdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM