satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda möhtəşəm yubiley tədbiri, dron, lazer şou və atəşfəşanlıq olacaq - VİDEO

Tanınmış ifaçılar Naxçıvana gəlir

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 10-da Naxçıvanda möhtəşəm tədbir olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Naxçıvan televiziyasının bu barədə hazırladığı elan mətnini təqdim edir:

“Naxçıvanda - Ulu Öndər Heydər Əliyevin Vətənində möhtəşəm  yubiley tədbiri... 

İlkin Həsəni, Nurəddin Mehdixanlı,  müğənnilər - Teymur Əmrah, Zamiq Hüseynov, Elton, Fidan Hacıyeva, Sevda Ələkbərzadə, Çingiz Mustafayev, Şeron qrupu və Naxçıvan Dövlət Universitetinin  Simfonik orkestrinin iştirakı ilə Naxçıvan Muxtar Respublika stadionunda isti və rəngarəng bir axşam...

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Unudulmaz Şəxsiyyətin səmada portretinin yaradılması - möhtəşəm dron və lazer şou ilə gözqamaşdıran yubiley atəşfəşanlığı...

Bütün Naxçıvan sakinlərini və qonaqları bu möhtəşəm gecəyə dəvət edirik.

Mayın 10-da, saat 21:00-da Naxçıvan mərkəzi stadionunda görüşək...

Böyük Şəxsiyyətlər böyük ürəklərdə yaşayır və yaşadılır...”

Möhtəşəm yubiley tədbirini Naxçıvan televiziyası ilə canlı izləyə bilərsiniz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM