satellite   Azerspace-1: 11135 H 30000

Aviasiya işçiləri Heydər Əliyev Muzeyini ziyarət ediblər - FOTOLAR

Aviasiya işçiləri Heydər Əliyev Muzeyini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Aviasiya işçiləri Heydər Əliyev Muzeyini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Aviasiya işçiləri Heydər Əliyev Muzeyini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Aviasiya işçiləri Heydər Əliyev Muzeyini ziyarət ediblər<font color=red> - FOTOLAR</font>

Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, kollektiv əvvəlcə ulu öndərin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad edib.

Muzeyin zəngin ekspozisiyası ilə tanışlıq zamanı iştirakçılara məlumat verilib ki, 1999-cu ildən fəaliyyətə başlayan muzeyin eksponatları görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikada mülki aviasiyanın inkişafı üçün böyük işlər görülüb. Ulu öndərimizin rəhbərliyi ilə Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyətinin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülüb.

       Şəfa Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM