satellite   Azerspace-1: 11135 H 30000

ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

Sədr son günlər baş verən mina partlayışı hadisələrindən təəssüfləndiyini bildirib:

"Ölkədə mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar. Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM