satellite   Azerspace-1: 11135 H 30000

Əlilliyə görə Prezident təqaüdü alanların sayı 75,7 min nəfərdən çoxdur

Əlilliyə görə Prezident təqaüdü alanların sayı 75,7 min nəfərdən çoxdur

Bu gün ölkəmizdə 471 min nəfərdən çox əlilliyə görə sosial ödəniş alır. Onlardan 261,5 min nəfərdən çoxu pensiya, 209,5 nəfərdən çoxu müavinət alanlardır.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, əlilliyə görə Prezident təqaüdü alanların sayı 75,7 min nəfərdən çoxdur. Əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 270, 61-80 faiz pozulmasına görə 220, 31-60 faiz pozulmasına görə 150 manat müavinət, müharibə və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500, 61-80 faiz pozulmasına görə 400, 31-60 faiz pozulmasına görə 330 manat, ümumi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 200, ümumi səbəblərdən gözdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 300, 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində Prezident təqaüdü ödənilir.

Qeyd edək ki, 5 May Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Bu gün BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən qeyd olunur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları mövcuddur. Həmin proqramlarda əlilliyin qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM