satellite   Azerspace-1: 11135 H 30000

Miqrasiya xidmətində “Heydər Əliyev – 100” tədbiri keçirilib - FOTOLAR

Miqrasiya xidmətində “Heydər Əliyev – 100” tədbiri keçirilib<font color=red> - FOTOLAR</font> Miqrasiya xidmətində “Heydər Əliyev – 100” tədbiri keçirilib<font color=red> - FOTOLAR</font> Miqrasiya xidmətində “Heydər Əliyev – 100” tədbiri keçirilib<font color=red> - FOTOLAR</font> Miqrasiya xidmətində “Heydər Əliyev – 100” tədbiri keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Kollektiv əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildirərək abidə önünə gül dəstələri qoyub.

Sonra Heydər Əliyev Muzeyində olan kollektivə zəngin və dəyərli ekspozisiya barədə ətraflı məlumat verilib.

Xidmətin inzibati binasında davam etdirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev xalqımızın qəlbində daim yaşayan müdrik şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətinin bütün dövrlərində Azərbaycanın mənafeyi uğrunda apardığı mübarizədən, dahi liderin xilaskarlıq və dirçəliş missiyasından söz açıb.

Vurğulanıb ki, ümummilli lider bütün sahələrdə olduğu kimi, miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də mühüm tədbirlər həyata keçirib. Müdrik şəxsiyyətin cəmiyyət və dövlət quruculuğu prosesində miqrasiya sahəsinə xüsusi diqqət yetirməsi ölkəmizdə bu proseslərin müstəqil dövlətimizin tərəqqisi naminə istiqamətləndirilməsinə münbit zəmin yaradıb.

Tədbirdə “Əbədiyyətin ilk əsri - Heydər Əliyev 100” sənədli filmi nümayiş olunub.

Şəfa Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM