satellite   Azerspace-1: 11135 H 30000

Arxangelsk mətbuatı Heydər Əliyevin 100 illik yubileyindən yazır

Arxangelsk mətbuatı Heydər Əliyevin 100 illik yubileyindən yazır

“Arqumentı i faktı Arxangelsk” qəzetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan məqalə dərc edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımovun müəllifi olduğu “Öndər” (Идущий впереди) sərlövhəli məqalədə Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə rəhbərlik etdiyi sahələrin inkişafına verdiyi töhfələrdən ətraflı söhbət açılır.

Qəzetin oxucularına Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Rusiya strateji əlaqələrinin inkişafında xidmətləri barədə də məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM