satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-da ana bətnində olan körpəyə ilk dəfə beyin əməliyyatı icra edilib

ABŞ-da ana bətnində olan körpəyə ilk dəfə beyin əməliyyatı icra edilib

ABŞ-ın Boston Uşaq Xəstəxanasının bir qrup həkimi ana bətnində olan uşaq üzərində ilk dəfə beyin əməliyyatı icra ediblər. Əməliyyat uğurla nəticələnib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla bildirir ki, həkimlər ana 30 həftəlik hamilə olarkən körpədə "Galen damarının qüsuru" adlı nadir, genetik xəstəlik aşkar ediblər.

“Stroke” elmi jurnalında dərc olunan və öz sahəsində ilk olduğu bildirilən əməliyyat ultrasəs vasitəsilə arteriyanın aşkarlanması üsulu ilə həyata keçirilib. Həkimlər ultrasəsdən istifadə edərək uzun iynəni ananın qarnından körpənin beyninin zədələnən hissəsinə yönləndiriblər. Onlar daha sonra geri axının qarşısını almaq üçün damara yeni bir maddə yeridiblər.

Əməliyyatı icra edən həkimlər ana bətnindəki körpəni gələcəkdə ürək çatışmazlığı və nevroloji problemlər kimi yarana biləcək bir çox ciddi xəstəliyin yaranmasından müvəffəqiyyətlə xilas ediblər.

Boston Uşaq Xəstəxanasının həkimi Darren Orbax qeyd edib ki, xəstəlik müalicə olunmazsa, doğuşdan sonra körpədə ciddi beyin zədələnməsi, ürək çatışmazlığı kimi problemlər yarana bilərdi: “Ana bətnində müəyyən xəstəliklər aşkar olunan körpələrin 50-60 faizində doğuşdan dərhal sonra ciddi xəstəliklər müşahidə edilir. "Galen damarının qüsuru" xəstəliyinin ölüm nisbəti 40 faizə yaxındır. Sağ qalan körpələrin təxminən yarısında nevroloji və psixi problemlər olur", - deyə bildirib.

Həkimlər əməliyyatdan qısa müddət sonra dünyaya gələn körpənin sağlam olduğu, ürək çatışmazlığı üçün heç bir dərman istifadə edilmədiyini, əlavə müdaxiləyə ehtiyac olmadığını deyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM