satellite   Azerspace-1: 11135 H 30000

FHN Şərurda baş verən yanğın barədə məlumat yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ikimərtəbəli çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 48m² olan ikiotaqlı mənzilin bir otağı 18m² sahədə yanıb, mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM