satellite   Azerspace-1: 11135 H 30000

Ədliyyə Nazirliyi Naxçıvan şəhərində “Açıq qapı” günü keçirib - FOTOLAR

Ədliyyə Nazirliyi Naxçıvan şəhərində “Açıq qapı” günü keçirib<font color=red> - FOTOLAR</font> Ədliyyə Nazirliyi Naxçıvan şəhərində “Açıq qapı” günü keçirib<font color=red> - FOTOLAR</font> Ədliyyə Nazirliyi Naxçıvan şəhərində “Açıq qapı” günü keçirib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları "Açıq Qapı" günləri çərçivəsində növbəti vətəndaş qəbulunu Naxçıvan şəhərində təşkil ediblər.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında baş tutan görüş zamanı qəbula gələn vətəndaşlar daha çox aliment, pul tələbi, qeydiyyat, notariat əməliyyatları ilə bağlı müraciət edib. Qeydə alınan müraciətlər qanunvericiliyə uyğun rəsmiləşdirilib.

Vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi yardım göstərilib, yerində həll edilməsi mümkün olan məsələlər həll edilib və araşdırma tələb edən müraciətlər qeydə alınaraq nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə daxil olmayan məsələlərlə əlaqədar vətəndaşlara müraciət edilməsi istiqamətində tövsiyələr verilib.

Qeyd edək ki, “Açıq qapı” günlərinin muxtar respublikanın rayon və şəhərlərində keçirilməsi davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM