satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində fərdi yaşayış evi yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 4, ev 75 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin şəxsi heyəti cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 156m² olan beşotaqlı mənzilin bir otağı 45m² sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM