satellite   Azerspace-1: 11135 H 30000

Mayın 16-da Azərbaycanda COVID-19 əleyhinə 100 doza vaksin vurulub

Mayın 16-da Azərbaycanda COVID-19 əleyhinə 100 doza vaksin vurulub

Mayın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 100 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 8, ikinci doza vaksinlərin sayı 66, üç və daha çox doza vaksinlərin sayı 24, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 300, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 85, ikinci mərhələ üzrə 4 milyon 882 min 841, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 177, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 197-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM