satellite   Azerspace-1: 11135 H 30000

DİN: “102” Xidməti - Zəng Mərkəzinə uşaqların müraciəti artıb”

DİN: “102” Xidməti - Zəng Mərkəzinə uşaqların müraciəti artıb”

"Ölkədəki neqativ hadisələrə reaksiya olaraq bu il Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə uşaqların müraciəti artıb".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev "Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, uşaqların cəmiyyətdəki hadisələrə belə tez reaksiya verməsi sevindirici haldır: "Hazırda 500-dən artıq uşağa yol-hərəkəti qaydaları ilə bağlı təbliğat işləri aparılır. Ümumiyyətlə təbliğat o yerlərdə daha çox aparılır ki, təhlükəli qəzalar həmin yerdə baş verir. Bizi qayğılandıran məsələ uşaqların gələcəyidir”.

E.Hacıyev qeyd edib ki, bu il 1000-ə yaxın uşaqla, 20 mindən artıq valideynlə görüş keçirilib: "Görüşlər daha çox narkotik vasitələrin dövriyyəsi, erkən nikah və yol qəzaları ilə bağlıdır. Kiçik bir yanlışlıq övladlarımızı itirməyə səbəb ola bilər. Bu hadisələrin baş verməməsi üçün övladlarımızı qorumalı, onların sağlamlığına görə bir olmalıyıq. Bütün yol-hərəkəti qaydalarına düzgün əməl etməliyik ki, uşaqlar da bizdən örnək götürsün”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM