satellite   Azerspace-1: 11135 H 30000

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlama vaxtını açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlama vaxtını açıqlayıb

Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir.

Qeyd edilib ki, avqustun 17-də Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayacaq. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM