satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda göldə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis dəfn olunub - FOTOLAR

Naxçıvanda göldə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis dəfn olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda göldə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis dəfn olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda göldə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis dəfn olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda göldə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis dəfn olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis əməkdaşı Vüsal Quliyev dəfn edilib.

Naxçıvan televiziyası xəbər verir ki, mərhum doğulduğu Cəhri qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-mayor Süleyman Neymətov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, iyulun 21-də xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.

Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM