satellite   Azerspace-1: 11135 H 30000

Ekskursiya təşkil edilib - FOTOLAR

Ekskursiya təşkil edilib<font color=red> - FOTOLAR</font> Ekskursiya təşkil edilib<font color=red> - FOTOLAR</font> Ekskursiya təşkil edilib<font color=red> - FOTOLAR</font>

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”  tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi qayğıya ehtiyacı olan, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların muzeylərə və tarixi abidədlərə ekskursiyaları təşkil edilib.

Ekskursiya zamanı uşaqlar ilk olaraq  Hüseyn Cavidin qəbri üzərində ucaldılmış memarlıq-xatirə kompleksini  ziyarət ediblər.

Ekskursiya   Naxçıvan Dövlət Tarix Muzeyi ilə davam edib. Muzey bələdçisi uşaqları muzeydə olan eksponatlarla tanış edərək onlar  haqqında ətraflı məlumat verib, uşaqları maraqlandıran sualları cavablandırıb.  Daha sonra uşaqlar  Bəhruz Kəngərli Muzeyini ziyarət edib, muzeyin fondunda olan eksponatlarla yaxından tanış olublar. Muzey bələdçisi bildirib ki, sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürməsinə baxmayaraq əsərlərini sərgiləyib, əldə etdiyi gəliri kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayan , onların təhsil almasına köməklik göstərən görkəmli şəxsiyyət  kimi hər zaman tarixdə və yaddaşlarda yaşayacaqdır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM