satellite   Azerspace-1: 11135 H 30000

Siyəzəndə dənizdə boğulan yeniyetmələrdən daha birinin meyiti tapılıb - FOTOLAR

Siyəzəndə dənizdə boğulan yeniyetmələrdən daha birinin meyiti tapılıb<font color=red> - FOTOLAR</font> Siyəzəndə dənizdə boğulan yeniyetmələrdən daha birinin meyiti tapılıb<font color=red> - FOTOLAR</font>

Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.

Naxçıvan televiziyası xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun da meyiti isə bu gün səhər saatlarında dənizdən çıxarılıb.

Hazırda dənizdə boğulan üçüncü yeniyetmə Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtarışları davam etdirilir.

Qeyd edək ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə çimərkən boğulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM