satellite   Azerspace-1: 11135 H 30000

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti İstanbulda Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edir

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti İstanbulda Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edir

İyulun 25-də Türkiyə Respublikasının İstanbul şəhərində “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işinə başlayıb.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən Naxçıvan televiziyası-a məlumat verilib.

Bildirilib ki, Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi ilə və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də iştirak edir. “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Eyni zamanda stenddə xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ulu Öndərə həsr edilmiş “Heydər Əliyev” guşəsi də yaradılıb.

Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini iyulun 28-dək davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM