satellite   Azerspace-1: 11135 H 30000

“Naxçıvan qaziləri” İctimai Birliyi yaradılıb - FOTOLAR

“Naxçıvan qaziləri” İctimai Birliyi yaradılıb<font color=red> - FOTOLAR</font> “Naxçıvan qaziləri” İctimai Birliyi yaradılıb<font color=red> - FOTOLAR</font> “Naxçıvan qaziləri” İctimai Birliyi yaradılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər  verir ki, yeni təsis olunan “Naxçıvan qaziləri” İctimai Birliyinin yığıncağı keçirilib. 

Naxçıvan Gənclər Mərkəzində keçirilən tədbirdə “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov və  sədr müavini Əli Əlisoy birliyin fəaliyyət istiqaməti və gələcək fəaliyyəti barədə iştirakçılara məlumat veriblər. Bildirilib ki, bu ilin aprel ayından fəaliyyətə başlayan “Naxçıvan qaziləri” İctimai Birliyinə üzvlük üçün 50-dən artıq müraciət qeydə alınıb. Vurğulanıb ki, bu birlik Ana Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçı ordusuna qarşı döyüşmüş və yaralanmış qaziləri, şəhid ailələrini, müharibə veteranlarını birləşdirir. Məqsəd qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etməkdən ibarətdir.

Tədbirdə ilkin olaraq “Naxçıvan qaziləri” İctimai Birliyinə üzv olan 22 qaziyə vəsiqələr və müxtəlif tədbirlərdə fəal iştirak edənlərə  birlik tərəfindən diplomlar təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM