satellite   Azerspace-1: 11135 H 30000

Kəlbəcərdə 60 %-ə yaxın ərazi minalardan təmizlənib

Kəlbəcərdə 60 %-ə yaxın ərazi minalardan təmizlənib

Bu il ərzində Kəlbəcər rayonunda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 ha ərazinin təmizlənməsi nəzərdə tutulub.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Şəhərsalma İşçi Qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 %) ərazinin minalardan təmizlənməsi həyata keçirilib.

N. Hümmətov qeyd edib ki, yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 2022-ci ildə 983,71 ha ərazi minalardan təmizlənib.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində Azərbaycan Prezidentinin 18.03.2021-ci il tarixli 1304 nömrəli Fərmanına əsasən həmin dövrdən hazırkı dövrədək bütövlükdə Kəlbəcər rayonunda 40 tikinti obyekti üzrə 400 ha torpaq sahəsinin müvafiq sifarişçi qurumlara ayrılması Komitə tərəfindən təmin edilib: "Bərpa olunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində Kəlbəcər şəhərində ümumi uzunluğu 27,08 km olan yol-küçə şəbəkəsinin 18,87 km-lik hissəsi üzrə layihələndirilmə işləri davam edir və qısa müddətdə ekspertizaya təqdim ediləcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM