satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandakı filiz və qeyri-filiz yataqlarının 30-nun texniki qiymətləndirilməsi tamamlanıb

Naxçıvandakı filiz və qeyri-filiz yataqlarının  30-nun texniki qiymətləndirilməsi tamamlanıb

Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan Şəhər İcra Hakimiyyətində mədənçilik və enerji sektorunda çalışan türkiyəli sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri­nin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev muxtar respublikanın mədən ehtiyatları haqqında məlumat verərkən bildirib.  

Qeyd olunub ki, Naxçıvan zəngin təbii ehtiyatlara malikdir. Bunlardan filiz və qeyri-filiz yataqları investisiyalar üçün cəlbedicidir. Ümumilikdə, 66 yataqdan 11-nin filiz, 55-nin isə qeyri-filiz yataqları olduğunu bildirən Xanlar Mustafayev bu yataqların 30-nun texniki qiymətləndirilməsinin tamamlandığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM