satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb - FOTOLAR

Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb<font color=red> - FOTOLAR</font> Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb<font color=red> - FOTOLAR</font> Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Naxçıvanda gömrük postunda güclü təsiredici dərman preparatları aşkarlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan 10 həb “Tramadol 200”, 10 həb “Namadol-225 mg”, ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb.

Qeyd olunub ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM