satellite   Azerspace-1: 11135 H 30000

Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 91 doza vaksin vurulub

Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 91 doza vaksin vurulub

Sentyabrın 4-dən 10-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 91 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası-a bildirilib ki, həftə ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 35, ikinci doza vaksinlərin sayı 8, üç və daha çox doza vaksinlərin sayı 39, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 9-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 969 min 392, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 437, ikinci mərhələ üzrə 4 milyon 884 min 361, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 405 min 186, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 408-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM