satellite   Azerspace-1: 11135 H 30000

Polis Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsi saxlayıb

Polis Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsi saxlayıb

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.

DİN-in mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs - 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM