satellite   Azerspace-1: 11135 H 30000

Ədliyyə naziri Fikrət Məmmədov Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edəcək

Naxçıvan televiziyası xəbər verir ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula muxtar respublikanın Ədliyyə Nazirliyi (ünvan: Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1, əlaqə telefonları: (+994 36) 544 54 70, (+994 51) 704-33-00), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM