satellite   Azerspace-1: 11135 H 30000

Yanvar-iyul aylarında Azərbaycanda 64 mindən çox körpə doğulub

Yanvar-iyul aylarında Azərbaycanda 64 mindən çox körpə doğulub

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 64 min 627 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2-dən 11,0-a enib. Naxçıvan televiziyası Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrin 1972-si əkiz, 93-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

Yanvar-iyul ayları ərzində ölkədə 35 min 142 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3-dən 6,0-a qədər azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM