satellite   Azerspace-1: 11135 H 30000

Mətbuat Şurası ilə Türk Dünyası Jurnalistlər Federasiyası əməkdaşlıq edəcək

Mətbuat Şurası ilə Türk Dünyası Jurnalistlər Federasiyası əməkdaşlıq edəcək

Azərbaycan Mətbuat Şurası ilə Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

Mətbuat Şurasından Naxçıvan televiziyası-a bildirilib ki, daha əvvəl imzalanmış sənədin oxşarı olan protokolu hər iki qurumun rəhbərləri Rəşad Məcid və Menderes Dəmir imzalayıblar.

Bununla bağlı keçirilmiş tədbirdə qarşılıqlı işbirliyinə verilən önəmdən söz açılıb. R.Məcid və M.Dəmir mövcud istiqamətdə fikirlərini söyləyərək, əməkdaşlıq konturlarının davamının konkret sənəddə əksini tapmasından, ənənəyə çevrilməsindən danışıblar.

Tədbirdə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər də fikirlərini bölüşüb, əməkdaşlıq protokolunun uğurlu nəticələr verəcəyinə inandığını deyib.

İmzalanmış sənəddə Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü olan Türk dünyası sənədli film festivalı və yarışmasına, sənət simpoziumuna, həmçinin qısa filmlər festivalına zəruri media dəstəyinin göstərilməsi, bununla əlaqədar müştərək fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM