satellite   Azerspace-1: 11135 H 30000

Mingəçevirdə ikisi avtomat olmaqla xeyli sayda silah-sursat aşkarlanıb

Mingəçevirdə ikisi avtomat olmaqla xeyli sayda silah-sursat aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan  verilən məlumata görə, son iki gün ərzində daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 500-ə yaxın avtomat silahına məxsus patron, 3 ədəd daraq, 6 qumbara və 5 ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM